...

Mədəniyyət Nazirliyində kadr yanaşmalarında subyektiv səbəblər çox olub - Adil Kərimli

Cəmiyyət Materials 28 Fevral 2023 11:00 (UTC +04:00)
Mədəniyyət Nazirliyində kadr yanaşmalarında subyektiv səbəblər çox olub - Adil Kərimli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Müxtəlif səbəblərdən (xüsusilə də burada subyektiv səbəblər çoxdur) kadr yanaşmaları fərqli istiqamətdə olub. Bu sahədə geniş müzakirələrə ehtiyac var.

Trend xəbər verir ki, bunu mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu gün Milli Məclisdə keçirilən dinləmələrdə deyib.

O qeyd edib ki, qeyri maddi-mədəni irs sahəsi tək Mədəniyyət Nazirliyinin sahəsi deyil. “Problem ondan ibarətdir ki, cəmiyyətin bu sahəni xüsusi ayrı və fərqli kateqoriya kimi kənardan müşahidə etmək yanaşması var. Amma bu bizim bir bəlamızdır. Cəmiyyətin hər bir üzvünün əsas məsələsi məhz mədəniyyət sahəsinin inkişaf etidirilməsidir. Aidiyyəti şəxsləri bu işə cəlb etməsək, bu prosesdə hər hansı uğurun qazanılmasından və irəliləmədən söhbət aça bilmərik”, - deyə A.Kərimli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti