...

Metro qatarında nasazlıq yaranıb

Cəmiyyət Materials 28 Fevral 2023 16:34 (UTC +04:00)
Metro qatarında nasazlıq yaranıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" dtansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bakı metropolitenindən Trend-ə bildirilib ki, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti