...

Bu tələb ünvanlı dövlət sosial yardımla bağlı qaydalardan çıxarıla bilər

Cəmiyyət Materials 3 Mart 2023 14:06 (UTC +04:00)
Bu tələb ünvanlı dövlət sosial yardımla bağlı qaydalardan çıxarıla bilər

Bakı. Trend:

Ünvanlı dövlət sosial yardımın alınması üçün nəzərdə tutulan tələblərə dəyişiklik edilməsi təklif olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində deyilir.

Məruzədə kommunal xərclərdə olan artım nəzərə alınmaqla, habelə bir çox hallarda ağır mənzil-məişət şəraitində yaşayan aztəminatlı ailələrin həyat və sağlamlıqlarını qorumaları və yaşayış şəraitini təmin etmələri məqsədilə kommunal xərcləri ödəmək məcburiyyətində qalmaları səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-ci (“ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;”) yarımbəndinin sosial yardımın təyin olunmasından imtina edilməsi əsasları siyahısından çıxarılması təklif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti