...

DYP sosial yardım almaq istəyən şəxslərə müraciət edib

Cəmiyyət Materials 6 Mart 2023 14:03 (UTC +04:00)
DYP sosial yardım almaq istəyən şəxslərə müraciət edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib.

Trend xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz feysbuk hesabında bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır.

“Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar. R.Tağıyev əlavə edib ki, prosedur qısa vaxt ərzində növbəsiz həyata keçirilir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti