...

Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz azalıb

Cəmiyyət Materials 10 Mart 2023 14:45 (UTC +04:00)
Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz azalıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb.

Trend-in məlumatına görə, bunu bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

V.Kərimov bildirib ki, digər çaylarda da suyun səviyyəsi aşağı düşüb.

"Buna baxmayaraq Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdir", - nazir müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti