...

Kürdə suyun azalmasının səbəbləri məlum olub

Cəmiyyət Materials 14 Mart 2023 16:56 (UTC +04:00)
Kürdə suyun azalmasının səbəbləri məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kür çayında suyun Azərbaycan ərazisində azalmasının əsas səbəbləri su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artmasıdır.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır.

"Anbarlarda su toplanmasa, yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə, əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti