...

Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan asılıdır - Köçərli Həsənov

Cəmiyyət Materials 15 Mart 2023 11:48 (UTC +04:00)
Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan asılıdır - Köçərli Həsənov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda su ehtiyatlarının 70 faizi transsərhəd çaylardan asılıdır və bu, bizim sudan səmərəli şəkildə istifadə etməyimizi vacib edir.

Trend-in məlumatına görə, bunu “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov “İstehlakçı hüquqlarının qorunmasında dövlət orqanlarının rolu” mövzusunda konfransda deyib.

O qeyd edib ki, hər bir istehlakçı tərəfindən suyun qənaətlə istifadə edilməsi digər istehlakçının hüququnun qorunmasına xidmət edir.

K.Həsənov vurğulayıb ki, “Azərsu” ASC tərəfindən istehlakçılara xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımı addımlar atılır.

O vətəndaşların sudan qənaətlə istifadə etməsinin vacibliyini diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti