...

Elmi işi plagiat olan şəxslərin adları rəsmi açıqlana bilər - Komissiya sədrindən xəbərdarlıq

Cəmiyyət Materials 16 Mart 2023 13:32 (UTC +04:00)
Elmi işi plagiat olan şəxslərin adları rəsmi açıqlana bilər - Komissiya sədrindən xəbərdarlıq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

Elmi işi plagiat olan şəxslərin adları rəsmi saytda açıqlana bilər.

Trend xəbər verir ki, bunu bu gün Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev AMEA-nın Ümumi yığıncağında deyib.

F.Mustafayev bildirib ki, elmi işlərin müdafiəsi zamanı 80-ə yaxını plagiat halı aşkarlanıb.

Onun sözlərinə görə, bəzən müdafiə edən şəxsin müdafiə etdiyi elm sahəsi haqqında elementar biliklərə sahib olmadığının şahidi oluruq.

"Bu, həmin müəssislərdə bu işin hansı səviyyədə təşkil olunduğunu göstərir. Bu vaxta qədər həmin müəssisələr və şəxslərin adı etik qaydalar çərçivəsində açıqlanmayıb. Amma gələcəkdə komissiyanın adına xələl gətirən belə müəssisə və şəxslərin adları rəsmi saytda açıqlana bilər",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti