...

Köhnə hesablarda da “Twitter Blue” funksiyasından istifadə ödənişli olacaq

Cəmiyyət Materials 25 Mart 2023 11:00 (UTC +04:00)
Köhnə hesablarda da “Twitter Blue” funksiyasından istifadə ödənişli olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Twitter”də əvvəllər pulsuz "mavi işarə" qazanan istifadəçilər aprelin 1-dən etibarən ödəniş etməli olacaqlar.

Trend-in məlumatına görə, istifadəçilər bu funksiya üçün ayda 8 dollar ödəməklə veb-versiyada və ya "iOS" və "Android" üçün ayda 11 dollar ödəyəcəklər.

“Twitter Blue”nun üstünlükləri

1) Təsdiqlənmiş mənasını verən mavi işarə nişanı;

2) Tvitlər üçün əlfəcinlər qovluqları;

3) Telefondakı tətbiqlərdə xüsusi proqram simvolu;

4) Şəxsiləşdirilmiş menyu;

5) Reklamsız məqalə oxumaq;

6) Şrift ölçüsünü dəyişdirərək oxumağı asanlaşdıran Oxu rejimi;

7) Paylaşılan tviti ləğv etmək;

8) Tvitlərdə şərhləriniz yuxarıda göstərilir;

9) 60 dəqiqəyə qədər video və 2 GB ölçüsündə fayl yükləmək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti