Bakı. Trend:
Dindən siyasi məqsədlər üçün istifadə edən ölkələr var. Bu, təkcə İslamla bağlı deyil.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisdə “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı iclasda deyib.
O qeyd edib ki, dini radikalizm termini yoxdur, dindən istifadə edən radikallar var.
“Müqəddəs kitabların heç biri insanı öldürməyə çağırmır. Dindən istifadə edib özünün geopolitik maraqlarını həyata keçirməyə çalışan qüvvələr var. Kim bundan istifadə edib din adı altında radikalizmi yaymağa çalışırsa, bilməlidir ki, Azərbaycan xalqı radikalizmə yuvarlanan xalq deyil”, - deyə o qeyd edib.