Bakı. Trend:
Azərbaycan demokratik dövlət olduğu üçün kimsə dini inancına görə təqib olunmur.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisdə “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” adlı iclasda deyib.
O qeyd edib ki, heç kimi hansısa dini inancı və ayini zorla yerinə yetirməyə sövq etmək olmaz.
"Heç kimin də öz dini inancını yerinə yetirməsinə əngəl törətmək olmur. Bunların hər ikisi Cinayət Məcəlləsində müvafiq maddələrlə tənzimlənir, - deyə sədr əlavə edib.