...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 1 Aprel 2023 22:43 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 440 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 35, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 955 140, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 407 109, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 045, üç və daha çox doza vaksin vurduranların sayı 3 402 034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 952 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti