...

DYP sürücülərə müraciət edib: “Formula-1”-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq

Cəmiyyət Materials 9 Aprel 2023 19:47 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildirilib ki, növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir.

Xəbər lenti

Xəbər lenti