...

Məktəblərdə direktor vəzifəsinə işə qəbul üzrə test imtahanları keçirilib

Cəmiyyət Materials 15 Aprel 2023 17:20 (UTC +04:00)
Məktəblərdə direktor vəzifəsinə işə qəbul üzrə test imtahanları keçirilib

Bakı. Trend:

Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

Test imtahanında 1108 nəfər iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti