...

Qəbələdə xəstənin ölümündə günahkar olan həkimlərə qarşı cinayət işi açılıb

Cəmiyyət Materials 17 Aprel 2023 12:53 (UTC +04:00)
Qəbələdə xəstənin ölümündə günahkar olan həkimlərə qarşı cinayət işi açılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Qəbələ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti