...

Türk Hava Yolları müqəddəs Ramazan ayı münasibətilə Bakıda iftar verib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2023 12:33 (UTC +04:00)
Türk Hava Yolları müqəddəs Ramazan ayı münasibətilə Bakıda iftar verib (FOTO)

Bakı. Trend:

Türk Hava Yolları müqəddəs Ramazan ayı münasibətilə “Fairmont” otelində iftar verib, iftarda çoxlu sayda qonaqlar iştirak edib.

İftar mərasimində müxtəlif ölkələrin səfirləri, dövlət və beynəlxalq təşkilatların, o cümlədən “Turkish-Azerbaijan Businessmen and Industrialists Public Union”(TÜİB), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA), Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Assosiasiyası (MÜSİAD), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin(KOBİA) nümayəndələri, hərbi attaşelər, “Veysəloğlu”, “Dreamland”, “SOCAR Capital”, “SOCAR AQS”, “Coca-Cola”, “Baku City Circuit”, “Caspian Energy”, “AGA Group”, “AVIS”, “Bazarstore” , “FAMCO”, “AZERCOSMOS”, “BONA DEA” şirkətlərinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

İftar mərasimi Azan və Ramazan ayı münasibətilə dua oxunduqdan sonra başlayıb.

“Türk Hava Yolları”nın Azərbaycandakı nümayəndəsi Həmid Eldeleklioğlu mərasim iştirakçılarını salamlayaraq deyib:

“Turkish Airlines” dünyanın demək olar ki, bütün ölkələrinə sərnişin daşımaları həyata keçirir. Türkiyə və Azərbaycan istər dövlət səviyyəsində, istərsə də xalqlarımız səviyyəsində əlaqələrini möhkəmləndirməyə davam edirlər. Biz “Türk Hava Yolları” olaraq qardaş ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfələrimiz davam etdirməyə hazırıq”,- o deyib.
Sonra iftar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti