...

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Cəmiyyət Materials 24 Aprel 2023 03:41 (UTC +04:00)
Yer kürəsində güclü maqnit qasırğası başlayıb

Bakı. Trend.

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Trend-in məlumatına görə, bu barədə Tətbiqi Geofizika İnstitutunun materiallarında bildirilib. Məlumata görə, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə yüksəlib. Şkala üzrə G5 son dərəcə güclü, G1 isə zəifdir.

G4 səviyyəsində Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozulmalar, peyk və radiotezlik naviqasiyasında ciddi yanlışlıqlar ola bilər. Lakin günəş alışmalarında enerjili proton axınlarının təhlükəsi hələ ki zəif S1 səviyyəsində qalır.

Geomaqnit qasırğa səbəbindən “qütb parıltıları müşahidə edilə bilər. G4 səviyyəsində tropiklərdə qütb parıltıları qeydə alına bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti