...

ADA Universiteti və Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayır (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2023 17:47 (UTC +04:00)
ADA Universiteti və Bolonya Universiteti kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayır (FOTO)

Bakı. Trend:

Aprelin 23-də İtaliyanın Alma Mater Bolonya Universitetinin rektoru Giovanni Molari rəhbər işçilər və on iki professor-müəllim heyətindən ibarət nümayəndələrlə ADA Universitetinə səfər edib. Səfər zamanı ADA Universiteti və Bolonya Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində kənd təsərrüfatı və qida sisteminin idarə olunmasına dair birgə sertifikat proqramına başlayıb.

Proqram ixtisaslararası yanaşmanı təşviq edən və qida sisteminin idarə olunması, dəqiq və davamlı əkin, su-qida əlaqəsi, kənd təsərrüfatı istehsalı/bağçılıq sistemi, heyvandarlıq məhsullarının istehsalı, qida elmi və texnologiyası kimi geniş tematik sahələri əhatə edən sektorda "nou-hau" (təcrübəni) artırmaq məqsədi daşıyır.

Sertifikat Proqramı üç modulda təqdim olunacaq: ilk modul Bakıda, ikinci modul onlayn formatda, sonuncu modul isə iyul ayında Bolonyada təşkil olunacaq. Proqram tədqiqatçılar, şirkət rəhbərləri və dövlət qurumlarının nümayəndələri də daxil olmaqla Azərbaycanın aqro-ərzaq sistemi ilə maraqlanan tərəfləri və nümayəndələri bir araya gətirir.

Qonaqları və iştirakçıları salamlayan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, bu tədbir İtaliya-Azərbaycan Universiteti layihəsinin üç ilə yaxın davam edən əsas işlərindən və danışıqlardan sonra icra mərhələsinin başlanğıcıdır.

Rektor Giovanni Molari Bolonya Universiteti ilə ADA Universiteti arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq bu sertifikat proqramlarının dərəcə proqramları üzrə səmərəli əməkdaşlığa səbəb olacağına əminliyini ifadə edib.

O qeyd edib ki, hazırkı Sertifikat Proqramı həyata keçiriləcək beş Proqramdan birincisi olub daha ümumi yanaşma ilə xarakterizə olunacaq. Digər proqramlar isə heyvandarlıq məhsullarının istehsalı, qida texnologiyası, bioenerji, dəqiq əkin, torpaq və suyun idarə edilməsi kimi spesifik mövzulara diqqət yetirəcək.

Bu gün nümayəndə heyəti həmçinin elm və təhsil naziri Emin Əmrullayev və kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti