...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 29 Aprel 2023 16:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 347 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 270, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 26, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 5 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 960 646, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 639, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 105, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 753, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 149 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti