Bakı.Trend:
Sosial şəbəkələrdə Məşədi Dadaş icmasının məsciddən çıxarılması barədə yayılan xəbərlər yalanadır.
Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, hazırda icmanın sədri də, üzvləri də məsciddədir.
“İcma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə, 50 nəfərlik bir icma heyəti olacaq. Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olan adamlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Və onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər”, - deyə M.Qurbanlı qeyd edib.