...

Əli Şərbətovun “Məşədi Dadaş” məscidinə təyinatı kifayət qədər uğurlu seçimdir - İbrahim Quliyev

Cəmiyyət Materials 4 May 2023 16:08 (UTC +04:00)
Əli Şərbətovun “Məşədi Dadaş” məscidinə təyinatı kifayət qədər uğurlu seçimdir - İbrahim Quliyev

Bakı. Trend:

Dinin təbliği, şübhəsiz, hər zaman ekspertlərin rəylərinə və cəmiyyətin müxtəlif mülahizələrinə məruz qalmış bir sahədir. Buna görə də deyə bilərik ki, sadəliyinə görə din hər kəsin əlinin çatacağı sahə olsa da, onun təbliğ edilməsi yalnız müdrik və yetkin şəxslərin həqiqi dini təcrübəyə malik olmaları nəticəsində mümkündür.

Trend xəbər verir ki, bunu fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi İbrahim Quliyev deyib.

"Qeyd edim ki, dini sahə təkcə Quran ayələrini, Həzrət Peyğəmbərin hədislərini əzbərləməklə təbliğ edilə bilməz. Bu amillərlə yanaşı, dinin prinsipləri və şəriət qaydaları cəmiyyətə təhlil edilməli, analitik süzgəcdən keçirilib çatdırılmalıdır. Qeyd etdiklərimizin fonunda bunu da bildirək ki, Əli Şərbətovun “Məşədi Dadaş” məscidinə İmam vəzifəsinə təyinatı kifayət qədər zamanında atılmış addım və uğurlu seçimdir", - deyə İ.Quliyev əlavə edib.

Onun söözlərinə görə, Əli Şərbətov 1990-1995-ci illərdə Bakı İslam Universitetində İslam ilahiyyatı sahəsində fundamental biliklərə yiyələnmiş, daha sonra isə – 1995-1996-cı illərdə Liviya Tripoli Universitetində təkmilləşdirmə kursunu bitirmiş alidərəcəli mütəxəssisdir.

"İkincisi, Əli müəllimlə 2002-2019-cu illərdə Bakı İslam Universitetində birlikdə fəaliyyət göstərdiyimiz müddətdə onu əxlaqlı, savadlı, milli-mənəvi dəyərlərə sahib, yüksək dövlətçilik düşüncələrinə malik olan şəxs kimi tanımışam. Əli müəllim tələbələrinə təkcə tədris etdiyi fənləri öyrətməklə kifayətlənmir, həmçinin onların milli-mənəvi dəyərlərə yiyələnmləri üçün səy göstərirdi.

Bir məqamı da xüsusi vurğulayım ki, Əli müəllimin anası cənub bölgəmizin tanınmış seyid nəslindədir. Ana tərəfdən Peyğəmbər soyuna mənsub olan Əli müəllimin bu və digər xüsusiyyətləri onun təyinatının nə qədər doğru və faydalı olacağından xəbər verir.

Əli müəllimə fəaliyyətində uğurlar arzulayır, bu çətin və şərəfli işində ona müvəffəqiyyətlər diləyirəm!", - deyə İ.Quliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti