Bakı. Trend:
İşğaldan azad edilmiş əraizlərdə məscid tikintiləri, tarixi abidələrin bərpası işi aparılır.
Trend-in məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bununla bağlı xüsusi proqram tərtib olunub. Bu proqrama uyğun olaraq həmin ərazilərdə məscidlər inşa olunur:
"Əvvəlki dövrdə olan məscidlərin eyni formada bərpasına xüsusi diqqət verilir, çünki işğal dövründə məscidlərin böyük əksəriyyətini məhv edib dağıdıblar. Bütün bu məscidlərdə restavrasiya işləri başa çatdırılacaq, böyük qayıdış yekunlaşdıqdan sonra həmin yerlərə din xadimlərinin təyinatı başlayacaq".