...

Azərbaycanın çox yüksək ayırdetməli peykləri olacaq

Cəmiyyət Materials 11 May 2023 12:40 (UTC +04:00)
Azərbaycanın çox yüksək ayırdetməli peykləri olacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın çox yüksək ayırdetməli peykləri olacaq.

Trend-in məlumatına görə, bunu Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Əsədov bildirib ki, Azərbaycan İsrail şirkətləri ilə birgə yeni peyk layihələrinin, optik müşahidə peyk layihələrinin icrasına başlayıb.

“Bu bizim təhlükəsizliyimizin və müdafiə gücümüzün artırılmasına xidmət edəcək. “Azersky 2” layihəsi üzrə ilk peyki 2025-ci ildə orbitə buraxmağı düşünürük. Ondan sonra 2027-ci ildə ölkədə yığılan, öz mütəxəssislərimiz tərəfindən hazırlanan peyklərin orbitə buraxılması planlaşdırılır. Azərbaycan üçün bu, çox çətin bir mövzudur. Ancaq nəzərdə tutmuşuq ki, 2027-ci ildə özümüz o peykləri hazırlayıb orbitə buraxaq”, - deyə S.Əsədov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan SpaceX şirkətinin raketlərindən də istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti