Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Şuşada "Yenidənqurma və inteqrasiya: energetika, iqtisadiyyat, ətraf mühit və bərabərlik" mövzusunda beynəlxalq konfrans keçirəcək.
Çərşənbə günü NGBM-dən Trend-ə verilən məlumata görə, konfransın 6-7 iyun 2023-cü il tarixlərində Şuşa şəhərində keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, NGBM hər il artıq Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə mühüm hadisəyə çevrilmiş Qlobal Bakı Forumunu keçirir. Forumda görkəmli lider və mütəfəkkirlər üçün dünyadakı ən kəskin çağırışlardan bəzilərinin aradan qaldırılmasının yol və vasitələrini müzakirə etmək imkanı yaradılır.