...

Energetika naziri Lerikdə vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 26 May 2023 17:52 (UTC +04:00)
Energetika naziri Lerikdə vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov mayın 26-da Lerik rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, cərimələr, kabelləşmə, yeni transformatorun quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Lerik, Lənkəran və Masallı rayonlarından olan 21 vətəndaş iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti