Bakı. Trend:
Qəzalı evlərin bərpası ilə bağlı xüsusi proqram hazırlanıb.
Trend-in məlumatına görə, bunu bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ötən həftə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə keçirilib. “Yaxın zamanlarda bu istiqamətdə əməli addımlar atılacaq", - deyə nazir bildirib.