...

İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilib - Nazir

Cəmiyyət Materials 3 İyun 2023 12:01 (UTC +04:00)
İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilib - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunduğu halda İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilib və ya özgəniləşdirilib.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli YAP Mərkəzi Aparatının və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” mövzusunda konfransda deyib.

O bildirib ki, torpaqlarımızın 30 illik işğalı dövründə Ermənistan silahlı qüvvələri və vandalları tərəfindən Azərbaycan xalqına, o cümlədən etnik azlıqlarına məxsus mədəni irs nümunələri, tarixi abidələr, mədəniyyət müssisələri, muzeylər qarət edilib, dağıdılıb, təhqir edilib.

“Etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı ölkəmizdə fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir.

Belə ki, ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanların dini ibadət yerləri olan məscidlərlə yanaşı, Qafqaz Albaniyası dövrünə aid qədim kilsələr, pravoslav, katolik və lüteran məbədləri, sinaqoqlar Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi qorunur və bərpa edilir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti