...

DYP bu istiqamətdə hərəkət edən sürücülərə MÜRACİƏT ETDİ

Cəmiyyət Materials 10 İyun 2023 10:10 (UTC +04:00)
DYP bu istiqamətdə hərəkət edən sürücülərə MÜRACİƏT ETDİ

Bakı. Trend:

“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən Trend-ə verilən məlumatda qeyd edilir ki, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna daha bir töhfə verən "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin üçüncü mərhələsi başa çatıb.

Bu gün yarışın dördüncü mərhələsinə Gəncə şəhərindən start veriləcək. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Gəncə-Şəmkir avtomobil yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

"Mötəbər idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün sürücülərdən qeyd olunan müddət ərzində velosipedçilərin hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik", - müraciətdə qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti