...

Yay fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı

Cəmiyyət Materials 17 İyun 2023 12:56 (UTC +04:00)
Yay fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı

Bakı. Trend:

Yay fəsli Azərbaycana iyunun 21-i saat 18:57:47-də daxil olacaq.

Bu barədə Trend-ə BDU-nun Astrofizika kafedrasından məlumat verilib.

Məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının düşmə istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur.

Yay fəslinin uzunluğu 93 gün 15 saat 52 dəqiqə 11 saniyə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti