...

Bayram namazı nə vaxt elan ediləcək? - Komitə sədrindən AÇIQLAMA

Cəmiyyət Materials 21 İyun 2023 13:39 (UTC +04:00)
Bayram namazı nə vaxt elan ediləcək? - Komitə sədrindən AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətva ilə bayram namazı və digər məsələlər elan ediləcək.

Trend-in məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

“İnanıram ki, QMİ-nin verdiyi bu fətvaya bütün məscidlərdə bütün imamlar tərəfindən əməl olunacaq. Bu istiqamətdə Dini Komitə üzərinə düşən vəzifələri lazımı səviyyədə yerinə yetirəcək”, - Dövlət Komitəsinin sədri qeyd edib.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı 28, 29 iyunda qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti