...

Bu məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq - Nazirlik

Cəmiyyət Materials 21 İyun 2023 17:59 (UTC +04:00)
Bu məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün müəyyən çətinliklər yaradır.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

"Belə ki, bəzi hallarda xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraq göstərmirlər. Bu baxımdan, "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması, həmçinin türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul olunması məqsədəmüvafiq hesab edilir.
Bu təklif bəzi ekspertlər və əhalini müəyyən təbəqəsi tərəfindən düzgün dəyərləndirilməyib və bir sıra yalnış açıqlamalara səbəb olub.

Bildiririk ki,ki, sözügedən məsələ apteklərdən dərman alan əhali üçün heç bir narahatlıq yaratmayacaq. Belə ki, qanuna təklif edilən dəyişikliklərdə dərman vasitəsinin qeydiyyat vəsiqəsinin sahibi tərəfindən xarici dildə olan içlik vərəqəsinin Azərbaycan dilinə tərcümə edilərək, notariusda təsdiq edilmiş variantının Səhiyyə Nazirliyinin müvafiq qurumuna təqdim olunması nəzərdə tutulur. Həmin məlumat xüsusi yaradılacaq elektron bazaya yüklənəcək.

Bu zaman istənilən alıcının dərman vasitəsini əldə etdiyi aptekdən dərman içliyini tələb etmək imkanı yaranır. Vətəndaşın tələbinə əsasən əczaçı xüsusi yaradılacaq elektron sistemdən konkret dərman vasitəsinin içliyini çap edərək, vətəndaşa təqdim edə biləcək", - deyə məlumatda qeyd edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti