...

Bu nazirlikdə struktur dəyişiklikləri oldu

Cəmiyyət Materials 4 İyul 2023 17:21 (UTC +04:00)
Bu nazirlikdə struktur dəyişiklikləri oldu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu təsdiq olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazriliyindən bildirilib.

"Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.

Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri təsdiq edilib", - deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti