...

Azərbaycan Ordusunun yaradıcı kollektivi Astanada keçirilən festivalda iştirak edəcək

Cəmiyyət Materials 6 İyul 2023 04:29 (UTC +04:00)
Azərbaycan Ordusunun yaradıcı kollektivi Astanada keçirilən festivalda iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Ordusunun bir qrup yaradıcı heyəti “Astana – Mədəniyyət karvanı” adlı beynəlxalq hərbi-musiqi festivalında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Hərbi Orkestrin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi festivalda maraqlı musiqi nömrələri təqdim edəcək.

Astana şəhərinin 25 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçiriləcək festival iyulun 9-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti