...

Dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir sıra problemlər yarada bilər - Rəşad Mahmudov

Cəmiyyət Materials 6 İyul 2023 12:26 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:
Dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir sıra problemlərə gətirib çıxara bilər.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

O qeyd edib ki, dərman şirkətləri ticarət adı reseptlərdə yazılmayan ölkələrdə öz rəsmi nümayəndəliklərini çıxarmağa çalışırlar. Deputat vurğulayıb ki, bu gün Azərbaycanda 250-ə qədər rəsmi nümayəndəlik var. “Bu nümayəndəliklər dərman vasitələrinin təchizat zəncirinə ciddi nəzarət edirlər. Bu baxımdan dərman vasitələrinin ticarət adının reseptlərdə yazılmaması bir çox problemlərin yaranmasına gətirib çıxara bilər”, - deyə deputat bildirib.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti