Bakı. Trend:
2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Şagirdlərin elektron yerdəyişməsi üzrə portalda (https://sy.edu.az) şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür.
Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul
olduqları təqdirdə şəxsi kabinetlərinə daxil olaraq 17 iyul saat
17:00-dək qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd
olunan tarixədək müəssisə təsdiqlənmədiyi halda qəbul nəticəsi
etibarsız hesab ediləcək.
Lisey, yaxud gimnaziyaya qəbul olan və qəbulu təsdiq edən
şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq.
Sənəd qəbulu isə avqust ayında həyata keçiriləcək.
Qəbul nəticələri ilə bağlı müraciətləri 11 iyul saat 12:00-dək
müvafiq elektron poçt ünvanına ([email protected]) yönləndirə
bilərsiniz.
Qeyd edək ki, 19 925 şagird lisey və gimnaziya seçimi mərhələsində
iştirak hüququ qazanıb.