...

AzMİU-nun “PİTech” komandası model peyk müsabiqəsinin final mərhələsində iştirak edib (FOTO)

Cəmiyyət Materials 10 İyul 2023 12:43 (UTC +04:00)
AzMİU-nun “PİTech” komandası model peyk müsabiqəsinin final mərhələsində iştirak edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin final mərhələsi keçirilib.

Trend xəbər verir ki, finala yüksələn ən güclü 8 komanda arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) “PİTech” komandası da olub.

Müsabiqə Daxili Qoşunların Hacıqabul şəhərindəki hərbi hissəsinin açıq poliqonunda baş tutub. Finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib və onları 200 metr yüksəklikdən səmaya buraxıblar.

AzMİU-nun “PİTech” komandası müsabiqədə uğurlu iştiraka görə hədiyyələrə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti