...

Bakıda işıqforların işində problem yaranıb

Cəmiyyət Materials 17 İyul 2023 10:17 (UTC +04:00)
Bakıda işıqforların işində problem yaranıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yağışlı hava Bakıda bir neçə küçə və prospektdə işıqforların işində problem yaradıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, hazırda problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb. Bununla bağlı məlumat sürət tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti aşağı salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti