...

Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır - TƏBİB

Cəmiyyət Materials 17 İyul 2023 12:39 (UTC +04:00)
Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır - TƏBİB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda pasiyentlərin həkimləri gözləmə müddəti çox azdır.

Trend-in məlumatına görə, bunu bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfindən media nümayəndələri üçün Milli Mətbuat Gününə həsr olunan tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova deyib.

"Avropa ölkələrində pasiyentlər hətta həkimləri 30 günə qədər gözləyirlər. Ona görə də ölkəmizdəki gözləmə müddəti qənaətbəxşdir.

Sığortaolunanlara tibbi yardımın göstərilməsi ixtisaslaşdırılmış ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear protez cihazı ve endoprotezin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq gözləmə müddəti ərzində həyata keçirilir",- deyə o əlavə edib.

L.Lətifova qeyd edib ki, həkimlərimiz orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti