...

Məktəblərdə dinlə bağlı ayrıca fənnin tədrisi təklif edilir

Cəmiyyət Materials 19 İyul 2023 13:09 (UTC +04:00)
Məktəblərdə dinlə bağlı ayrıca fənnin tədrisi təklif edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərdə şagirdlərə dini bilgilər haqqında ayrıca fənn tədris olunmalıdır.

Trend xəbər verir ki, bunu bu gün "Media və dini təhlükəsizlik" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, "Həyat bilgisi" fənnin içərisində dinlə əlaqəli xüsusi dərs tədris olunmur, sadəcə müəyyən bilgilər var:

"Ayrıca dini bilgilər haqqında fənn tədris olunmalıdır. Bunu çox istərdik. Təbii ki, bu da başqa mövzudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti