...

Şuşa Qlobal Media Forumu çərçivəsində son panel iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 23 İyul 2023 13:05 (UTC +04:00)
Şuşa Qlobal Media Forumu çərçivəsində son panel iclası keçirilib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumu çərçivəsində “Jurnalistlərin təhlükəsizliyi” adlı son panel iclası keçirilib.

Trend xəbər verir ki, bu sessiya üzrə iştirakçılar böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşıladığı təhlükə və çağırışlar barəsində müzakirə aparılıb.

Panel iclasında çıxışı zamanı Koreya Siyasi Elm Assosasiyası vitse prezidenti prof. Qi Un Çjon qeyd edib ki, artan zorakılığın hədəfi jurnalistlərdir.

“Jurnalistlər təhlüksizliyi fərdi şəkildə həll olunmayacaq məsələdir. Jurnalistlərin müdafiəsi bir ölkəyə aid yox, ümumi məsələdir. Jurnalistlərə qarşı müəyyən bir önyarğı var. Qanunla antimedia ritorikasının qarşısı alınmalıdır”,- deyə o əlavə edib

Rumıniyanın Milli İnformasiya Agentliyi “AGEPRES” baş direktoru Klaudia-Viktoriya Nikolae qeyd edib ki, qadın jurnalistlərə qarşı əvvəlki dövrdən qalan xoşagəlməz hadisələr olurdu.

“Eksperimental jurnalistlər bir növ həkim kimidir. Əgər öz işlərini görən zaman emosional davranarsa, ortaya qoyduğu iş obyektiv olmayacaq”,- deyə o vurğulayıb.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti