...

Tibb müəssisələrinin xüsusi icazə ilə bağlı müraciətlərinin 60 faizi rədd edilib - FHN

Cəmiyyət Materials 26 İyul 2023 10:29 (UTC +04:00)
Tibb müəssisələrinin xüsusi icazə ilə bağlı müraciətlərinin 60 faizi rədd edilib - FHN
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə 2023-cü ilin ilk 6 ayı ərzində radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı 132 müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu bu gün Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müraciətlərin 46 faizi müsbət qiymətləndirilib, 54 faizi isə təmin olunmayıb: "Tibb müəssisələri tərəfindən xüsusi icazələr üçün 96 müraciətdən 40 faizinə müsbət cavab verilib və xüsusi icazə verilib, 60 faizi təmin edilməyib. Sənaye müəssisələri tərəfindən xüsusi icazələrin verilməsi ilə bağlı 18 müraciətdən 83 faizinə müsbət cavab verilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti