...

Azərbaycan Ordusunun daha bir əsgəri özünü güllələdi

Cəmiyyət Materials 26 İyul 2023 16:38 (UTC +04:00)
Azərbaycan Ordusunun daha bir əsgəri özünü güllələdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin daha bir hərbi qulluqçusu, əsgər Ələkbərov İlkin Elburus oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti