...

Valideyinlərin NƏZƏRİNƏ - Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə start verilir

Cəmiyyət Materials 1 Avqust 2023 10:42 (UTC +04:00)
Valideyinlərin NƏZƏRİNƏ - Bağçalara qəbulla bağlı növbəyaratma prosesinə start verilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1 avqust saat 11:00-da regional təhsil idarələri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Proses www.bq.edu.az üzərindən sentyabrın 1-dək həyata keçiriləcək.

Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.

Qeyd edək ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti