...

Vasif Talıbov Ali Məclisin komitə üzvü seçildi

Cəmiyyət Materials 1 Avqust 2023 17:26 (UTC +04:00)
Vasif Talıbov Ali Məclisin komitə üzvü seçildi

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib.

Trend xəbər verir ki, komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da var.

V.Talıbov Sosial siyasət komitəsinin, S.Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.

Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb. Sessiyada “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib. Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb.

Komitə sayı 6-dan 4-ə endirilib, 2-si ləğv edilib. Komitələr daimi fəaliyyət göstərəcək. Həmçinin sesiyada Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti