...

Ermənistan məhkəməsi David Tonoyanın həbs qərarını dəyişməyib

Cəmiyyət Materials 2 Avqust 2023 13:22 (UTC +04:00)

Bakı.Trend:

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

Trend Ali Məhkəmə Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi işi yeni istintaqa göndərsə də, həbs qətimkan tədbiri dəyişməz qalıb.

Silah alverçisi David Qalstyanın (Patron Davo) yenidən həbsinə gəlincə, qərar ittiham tərəfinin məhkəməyə yeni faktlar təqdim etməsi ilə bağlıdır. Müəyyən olunub ki, o, azadlıqda olarkən cinayət işinin iştirakçılarına qanunsuz təsir göstərməklə istintaqa mane olmağa çalışıb.

Xatırladaq ki, David Tonoyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın müdafiə naziri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti