Bakı. Trend:
Hazırda Topxana meşəsinin bitki örtüyü, heyvanat aləmi yenidən tədqiq olunur.
Trend xəbər verir ki, bunu AMEA-nın vitse prezidenti İradə Hüseynova Şuşada keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
"Təxmini məlumatlara görə, işğal dövründə Topxanadan 2000 ədəddən çox palıd va digər qiymətli ağac kəsilərək Ermənistana daşınıb. Hazırda Topxana meşəsinin bitki örtüyü, heyvanat aləmi yenidən tədqiq olunur",- deyə o bildirib.
Qeyd edək ki, Şuşada Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun iclası keçirilir. İclasda görülən işlər və cari məsələlərlə yanaşı, Şuşa şəhərinin biomüxtəlifliyi, bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarəolunması, buradakı yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi, Şuşada icra olunan layihələrin ekoloji qiymətləndirilməsi və digər bu kimi məsələlər müzakirə olunacaq.