...

Ələtdə dənizdə bir nəfər batıb

Cəmiyyət Materials 11 Avqust 2023 19:50 (UTC +04:00)
Ələtdə dənizdə bir nəfər batıb

Bakı. Trend:

Ələtdə dənizdə bir nəfər batıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 15 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti