...

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 14 Avqust 2023 14:59 (UTC +04:00)
Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb (YENİLƏNİB)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 14-də Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir km aralı, nəzarətsiz ərazi) batan 28 yaşlı Nəsir Nazim oğlu Əmiraslanovun axtarışları başa çatıb.

Meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

xxx

11:38

Sumqayıtda bir nəfər dənizdə batıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 8 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti