...

Bakıda zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlandı

Cəmiyyət Materials 28 Avqust 2023 15:40 (UTC +04:00)
Bakıda zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq bir müddətdir şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum bakterial xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara səbəb olub.

Mütəxəssislərin yekdil rəyinə əsasən, əsas etibarı ilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyib. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olur.

Məsələ ilə əlaqədar BŞİH tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılıb.

"Xüsusi olaraq Bakıya xarici mütəxəssis dəvət edilib və xəstə ağacların müalicəsi ilə bağlı geniş tədbirlər həyata keçirilir.

Hazırda paytaxtın müxtəlif ərazilərində zeytun ağaclarının quruyan budaqları budanır, dibinə gübrə verilir və onlara xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir. Yoluxan ağacların budaqlarının və yarpaqlarının budanması xəstəliyin digər ağaclara yayılmasının qarşısının alınması məqsədi daşıyır.

Zeytun ağaclarının cavanlaşdırılması məqsədi ilə payız mövsümündə bu ağacların budanması aparılacaq", - BŞİH-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti