...

Xızıda evləri su basdı (FOTO/VİDEO)

Cəmiyyət Materials 30 Avqust 2023 17:01 (UTC +04:00)
Xızıda evləri su basdı (FOTO/VİDEO)

Bakı. Trend:

İntensiv yağışlarla əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsində bəzi fərdi yaşayış evləri subasmaya məruz qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti